İtaliya milli komandasının və "Sassuola"nın futbolçusu Domeniko Berardi Milana köçə bilər.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi üçün "Milan" "Sassuola"ya müraciət edib.
"Rossonyerlər" italiyalı yarımmüdafiəçi üçün 30 milyon avro təklif edib. "Sassuola"nın Berardini "Milan"a buraxacağı ehtimal edilir. Futbolçu üçün "Yuventus" da komandasına təklif göndərib.
