Morata "Barselona"ya mümkün keçidi haqda nə dedi?

20:11 - 21 Fevral 2022

"Yuventus"un hücumçusu Alvaro Morata "Barselona"ya keçmək ehtimalından söz açıb.

Sportal.az xəbər verir ki, "Atletiko"ya məxsus olan ispaniyalı forvard bunları deyib: "Bu, indi o qədər önəmli deyil. "Barselona"nın təklifi barədə Massimiliano Alleqri ilə söhbətim olmuşdu.

O, dedi ki, Vlahoviçin gəlişi mənə də kömək olacaq. Belə də oldu. "Yuventus"da olduğuma görə xoşbəxtəm. Məndən olsa, həmişə "Yuventus"da qalardım".

Xəbər xətti