Almaniyalı məşqçi Ronaldonu lider kimi görmək istəyir

21:07 - 21 Fevral 2022

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik komandadakı ümumi vəziyyətilə bağlı Kriştiano Ronaldo ilə müzakirə aparıb.

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis Ronaldo, Bruno Fernandes, Pol Poqba və Markus Reşfordla fərdi söhbət edib.

Xəbərdə bildirilir ki, Kriştiano Ronaldo komandanın paltardəyişmə otağında lider kimi qəbul olunmaq istədiyini deyib.

​“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 26 oyundan sonra 46 xalla 4-cü yerdədir.

Xəbər xətti