AFFA milli komanda üçün oyunçu seçəcək

11:47 - 22 Fevral 2022

Fevralın 23-də və 25-də “ASCO Arena”da 2007-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli oyunlar keçiriləcək.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyunların əsas məqsədi 16 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb olunacaq heyətini formalaşdırmaqdır.

Xəbər xətti