Azərbaycanlı futbolçu: "Legioner limitinə görə Yunanıstanda qalmadım"

13:22 - 22 Fevral 2022

Yunanıstanın “Olimpiakos”(Volos) klubuna keçidi baş tutmayan Nazim Bağırov Azərbaycana qayıtmaq fikrində deyil.

Sportal.az saytına açıqlama verən yarımmüdafiəçi Polşaya yollanıb. Bu barədə futbolçu özü saytımıza açıqlamasında bildirib:

"Yunanıstan 1-ci liqasında legioner limiti olduğuna görə orada oynamağım alınmadı və orada qalmadım. Hazırda Polşadayam. Bir neçə komandadan cavab gözləyirəm. 1-2 günə yenilik olmalıdı, xəbər edəcəm sizə".

"Bakı" yetirməsi olan yarımmüdafiəçi "Neftçi" və "Şevardeni" klublarında oynayıb.

Xəbər xətti