"Qarabağ" güclü komandadı, əlimizdən gələni edəcəyik ki, finala adlayaq"

13:39 - 22 Fevral 2022

"Matça tam istədiyimiz kimi başlaya bilməsək də, qol imkanlarımız az deyildi. Təəssüf ki, dəyərləndirə bilmirdik. Fasilədən sonra isə təzyiqi artırdıq və 2 qol vurduq”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Məqsəd İsayev deyib.

Bölgə klubunun aparıcı futbolçusu komandasının Premyer Liqanın 16-cı turunda “Səbail”ə 2:0 qalib gəldikləri oyun barədə danışıb. O, qələbənin komandası üçün asan başa gəlmədiyini də sözlərinə əlavə edib. Bununla yanaşı Premyer Liqanın 17-ci turunda oynayacaqları “Sumqayıt” matçı barədə fikirlərini bildirib:

“Qələbəyə baxmayaraq, asan matç olmadığını deyə bilərəm. “Sumqayıt” yaxşı komandadı. Bizə kubokda çətin anlar yaşatdılar. Başabaş və maraqlı oyun gedəcək. Qələbə üçün oynayacağıq. “Sumqayıt” evdə baxımlı və yaxşı oynayır”.

“Qəbələ” Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la oynayacaq. İsayev komandasının final şanslarını bu cür dəyərləndirib: “Rəqibimiz “Qarabağ”dı. Onlar güclü komandadı. Lakin biz “Qarabağ”la matçda da əlimizdən gələni edəcəyik ki, finala adlayaq”.

 

Xəbər xətti