"Ayaks" 2017-ci ildə infarkt keçirən və 3 ilə yaxın komada qalan futbolçusu Abdelhak Nuriyə təzminat ödəyəcək.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amsterdam təmsilçisi 24 yaşlı keçmiş yarımmüdafiəçiyə 7,8 milyon avro ödəniş edəcək.
Bundan əlavə futbolçunun geydiyi "34" nömrəli forma klub tərəfindən əbədiləşdirilib. Artıq "Ayaks"da heç bir oyunçu bu formadan istifadə etməyəcək.
"Ayaks"ın yetirməsi olan Nuri əsas komanda ilə 15 oyuna çıxmışdı.
saytlarin hazirlanmasi
