Türkiyəli veteran futbolçu Tanju Çolak Naxşıvanda səfərdə olub.
Sportal.az xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının prezidenti Vüqar Abbasovun dəvəti ilə gəlib. Türkiyə millisinin keçmiş üzvü 19-22 fevral tarixlərində Naxçıvanda olub.
Tanju Çolak səfər zamanı rəsmi görüşlər keçirib. O, Naxçıvanın gənclər və idman naziri Azad Cabbarovla da görüşüb. Görüş zamanı futbolun inkişafı ilə bağlı 10 illik plan müzakirə olunub.
Tanju Çolak Naxçıvan səfəri ilə bağlı Türkiyə mətbuatına açıqlama verib. O, burada futbolun inkişafına kömək edəcəyini bildirib:
"Buradakı gənclərin inkişaf etməsi, nələrsə öyrənməsi, futbola töhfəsi, aşağı yaş qrupları və infrastrukturla bağlı kömək edəcəyəm".
Qeyd edək ki, Türkiyə millisinin keçmiş üzvü olan Tanju Çolak "Qalatasaray" və "Fənərbaxça"da oynayıb.

