"Sabah"ın legionerinin durumu nə yerdədi?

22:34 - 22 Fevral 2022

“Sabah”ın ispaniyalı vingeri Kristian Sebalyos yaxın vaxtlarda düşərgəyə qayıdacaq.

Sportal.az xəbər verir ki, mövsümün əvvəlində zədələnən Masazır klubunun legioneri bu həftə artıq fiziki məşqçi ilə məşqlərini bərpa edəcək.

Yaxın günlərdə isə onun kollektivə qoşulacağı ehtimal edilir.

İspaniyalı futbolçu Premyer Liqanın 10-cu turunda “Zirə” ilə görüşdə zədələnərək 32-ci dəqiqədə Xuan Kamara ilə əvəzlənmişdi.

 

Xəbər xətti