"Qarabağ"ın rəqibi Bakıya gəldi

10:07 - 23 Fevral 2022

"Marsel" "Qarabağ"la Konfrans Liqası matçı üçün Azərbaycana gəlib.

Sportal.az xəbər verir ki, Fransa təmsilçisini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Fevralın 24-də keçiriləcək "Qarabağ" - "Marsel" matçı saat 21:45-də başlayacaq. Komandalar arasında Fransada baş tutan görüş "atlılar"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xəbər xətti