"Yuventus"un forvardı Duşan Vlahoviç Çempionlar Liqasında yeni uğura imza atıb.
Sportal.az xəbər verir ki, serbiyalı hücumçu turnirdə debüt matçında ən tez qol vuran futbolçu olub. O, "Vilyarreal"a qarşı keçirilən matçın (1:1) 33-cü saniyəsində qol vurub.
Vlahoviç qış fasiləsində "Fiorentina"dan Turin klubuna keçib.
