PSJ-nin futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a qarşı cavab oyununu da buraxacaq.
Sportal.az xəbər verir ki, ispaniyalı müdafiəçi zədəsini hələ də sağaltmayıb. Onun oyun gününə qədər sıraya dönəcəyi gzlənilmir.
"Real" - PSJ matçı martın 10-da keçiriləcək. Komandalar arasında fransada keçirilən ilk oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
