“Yuventus”un müdafiəçisi Danilo Çempionlar Liqasının “Vilyareal”la (1:1) görüşündən sonra komandasının növbəti mərhələ şanslarını dəyərləndirib.
Sportal.az xəbər verir ki, braziliyalı Turindəki cavab qarşılaşmasında komandasının uğurlu nəticə qazanacağına inandığını dilə gətirib:
"İlk oyunda müdafiədə böyük səhvə yol verdik ki, bu da qolla nəticələndi. Yəqin ki, mövqedə boşluqları buraxdıq. Qarşıda cavab oyunu var. Hər şey Turində həll olunacaq”.
saytlarin hazirlanmasi
