“Marsel”in futbolçusu Bubakar Kamara Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunundan öncə mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, Kamara sabah keçiriləcək matçla bağlı danışıb:
- Son oyundan sonra komanda özünü necə hiss edir?
- Problemimiz yoxdu. Oyundan sonra da çalışmalar davam edir. Öz aramızda məğluybiyyəti danışmışıq. Çalışacağıq ki, sabahkı oyunda ən yaxşısını edək.
- Udsanız da, uduzsanız da hər dəfə “Marsel” azarkeşləri sizi tənqid edir. Sizdən daha yaxşı oyun tələb edirlər...
- Bilirsiz ki, hər dəfə uduzanda “Marsel” azarkeşləri buna reaksiya verirlər. Biz də çalışırıq ki, özümüzü daha yaxşı tərəfdən göstərək. Öz azarkeşlərimizin gözündə hörmətimizi saxlamaq istəyirik.
- Bundan əvvəlki oyunlarda uduzanda təəssürat yaranır ki, futbolçulara psixoloji təsir edir...
- Əlbəttə ki, uduzandan sonra məyus oluruq. Amma biz öz aramızda toplanıb, bir-birimizlə danışırıq. Hamı bir-birinə dəsətk olur. “Qarabağ”la oyun üçün hər birimiz tapşırıqlarımızı almışıq. Daha yaxşı oyun göstərib, qalib gəlmək istəyirik.
- Əvvəlki oyunlarda buraxdığınız səhvlərə görə qorxmursuz ki, yenidən uduzarsınız?
- Səhvlər olur. Hər birimiz öz səhvlərimizi biləndən sonra yeni səhifə açırıq. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşırıq və hər dəfə qələbəyə ümid edirik.
- Hər oyundan əvvəl məşqçi oyunçuların mövqeyini dəyişəndən sonra bu sizi yorur?
- Xeyr. Biz peşəkar futbolçularıq. Bilirik ki, hansısa oyunda məşqçi mövqelərimizi dəyişib, başqa tapşırıqlar verə bilər. Biz buna uyğunlaşıb, Xorxe Sampaolinin tapşırıqlarını yerinə yetirməliyik.
- Sabah komanda uduzub turniri tərk edərsə, azarkeşlər bunu necə qarşılayacaq?
- Uduzacağıqsa, azarkeşlərimiz bunu çox pis qarşılayacaq. Amma biz indi bunu düşünmürük və oyuna hazırlaşırıq. Ümid edirik ki, mərhələni keçəcəyik və hər şey həm onlar, həm də bizim üçün yaxşı sona çatacaq.
