Maldiv adalarının "TC Sport" klubunda oynayan Elməddin Məmmədov oradan ayrılıb.
Bu barədə qolkiper özü Sportal.az saytının əməkdaşına məlumat verib. Asiyalılar onun komandada qalmasını istəsə də, kiper klubdakı maliyyə sıxıntılarına görə orada qalmaq istəməyib.
Onun Maldiv adalarının son çempionuna transferi gündəmdə olsa da, qolkiperin bu komandaya keçidi baş tutmayıb.
"TC Sport"dan sənədlərini götürən qapıçı hazırda klubsuzdu.
