"Leypziq" yarımmüdafiəçisi Kristofer Nkunkunu istəyən klublardan 75 milyon avro tələb edir.
Sportal.az xəbər verir ki, Almaniya klubu futbolçusunu bu məbləğdən aşağı buraxmaq fikrində deyil.
"Mançester Yunayted" yayda Nkunkunu transfer etmək niyyətindədi. Artıq "qırmızı şeytanlar" Almaniya klubu ilə danışıqlara başlayıb. "Leypziq"lə müqaviləsi 2024-cü ildə başa çatacaq fransalı özü də İngiltərəyə köçməyə razıdı.
