Azərbaycan millisinin sabiq üzvü əməliyyat edildi - FOTO

21:14 - 23 Fevral 2022

“Kəpəz”in təcrübəli futbolçusu Cavid İmamverdiyev əməliyyat edilib.

Sportal.az saytının məlumatına görə, millimizin sabiq üzvü dizindən əməliyyat edilib.

O, uzun müddətdir ki, davam edən ağrılardan sonra əməliyyat olunmaq qərarına gəlib.

Azərbaycan millisinin sabiq üzvünün təxminən bir aydan sonra fərdi məşqlərə başlayacağı ehtimal edilir.

Xəbər xətti