İtaliya milli komandasının sabiq üzvü Domeniko Krişito MLS liqasında oynayacaq.
Sportal.az xəbər verir ki, "Cenoa"nın kapitanı "Toronto"dan təklif alıb. O, Kanada klubu ilə razılıq əldə edib.
Futbolçunun bu kluba keçidi yayda rəsmiləşəcək.
35 yaşlı futbolçu “Yuventus”, “Zenit” klublarında oynayıb. O, İtaliya millisində 26 oyun keçirib.
