Avropa Liqasında pley-off həyəcanı: Mahirli "Dinamo" "Sevilya"ya qarşı

10:44 - 24 Fevral 2022

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su doğma meydanda "Sevilya"nı qəbul edəcək. Mahirin bu görüşə əsas heyətdə başlayacağı gözlənilir. Komandalar arasında İspaniyada baş tutan görüşdə xorvatlar 1:3 hesabıyla uduzub.

"Barselona" İtaliyada "Napoli"nin qonağı olacaq. Tərəflər arasında Kataloniyada keçirilən görüşdə qalib müəyyənləşməyib.

Avropa Liqası, pley-off mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya)

İlk oyun - 1:3.

21:45. "Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya)

İlk oyun - 1:2.

21:45. "Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya)

İlk oyun - 2:2.

21:45. "Latsio" (İtaliya) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:2.

00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya)

İlk oyun - 1:1.

00:00. "Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun - 4:2.

00:00. "Betis" (İspaniya) - "Zenit" (Rusiya)

İlk oyun - 3:2.

00:00. "Braqa" (Portuqaliya) - "Şerif" (Moldova)

İlk oyun - 0:2.

Xəbər xətti