Azərbaycanda 3 klubda oynamış legioner idman direktoru təyin edildi - FOTO

11:26 - 24 Fevral 2022

Azərbaycanda "Standart", "İnter"(indiki "Keşlə") və "Simurq" klublarında oynamış Baçana Sxadadze öz ölkəsində futbol funksioneri kimi çalışacaq.

Sportal.az xəbər verir ki, son olaraq 2019-cu ildə Fransada "Bastiya" forması geyinmiş Baçana "Rustavi" klubuna idman direktoru təyin edilib. 


Hazırda 1-ci liqada mübarizə aparan klub onu ictimaiyyətə təqdim edib. Baçana uzun illər Azərbaycanda məşqçi kimi çalışmış Kaxaber Sxadadzenin oğludu.

Xəbər xətti