Luçesku Kiyevi tərk etmir: "Rumıniyaya getməyəcəyəm, qorxaq deyiləm"

15:30 - 24 Fevral 2022

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis qorxmadığını və Kiyevi tərk etməyəcəyini deyib:

 

"Bu hücumların mənasız olduğunu düşünürəm. Məsum insanların, mülkilərin, uşaqların ölməyini istəmirəm. Hücumlar dayansın və atəşkəs olsun. İnsanlar işlərinə qayıtsın, uşaqlar məktəblərinə getsinlər.

 

Bütün liqalar bir aylıq təxirə salınıb. Xüsusilə legioner oyunçular qorxurlar. Mən isə buradayam, "Dinamo"nun baş məşqçisiyəm. Kiyevdən Rumıniyaya getməyəcəyəm, qorxaq deyiləm. Ümid edirəm axmaqların başlatdığı bu müharibə tezliklə bitər".

Xəbər xətti