UEFA-da Rusiya - Ukrayna gərginliyi ilə bağlı növbədənkənar iclas

15:45 - 24 Fevral 2022

Sabah UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. İclas Rusiya və Ukrayna arasında başlanan hərbi münaqişəyə görə qurumun prezidenti Aleksandr Çeferin tərəfindən çağırılıb.

 

İclada bölgədəki futbolla bağlı vəziyyət qiymətləndirilərək gələcək addımlar müəyyənləşdiriləcək.

Xəbər xətti