"Fənərbaxça"nın keçmiş baş məşqçisi Vitor Pereyranın yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Braziliyada çalışacaq. O, "Korintians" klubu ilə anlaşıb. Portuqaliyalı çalışdırıcı ilə 2022-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Vitor Pereyra 2021-ci ilin dekabr ayında "Fənərbaxça"nın baş məşqçisi postundan istefaya göndərilmişdi.
saytlarin hazirlanmasi
