Baş məşqçi: "Şaxtyor"a arxamı çevirib bunu edə bilməzdim"

16:54 - 24 Fevral 2022

"Şaxtyor"un baş məşqçisi Roberto De Zerbi Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinə getməyəcəyini bildirib:

 

"Partlayış səsləriylə oyandıq. Çox pis gündür. İtaliya səfirliyi Ukraynanı tərk etməyimizi istədi. Amma mən "Şaxtyor"a arxamı çevirib bunu edə bilməzdim. Otağımdayam. Çempionat təxirə salınıb. Hazırda risk yoxdur. Səbrlə gözləyirik".

Xəbər xətti