"Barselona" basketbol üzrə Avroliqanın qrup mərhələsinin 26-cı turu çərçivəsində "Zenit"in qonağı olmalıdır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi bu görüş üçün Rusiyaya getməmək qərarı verib. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. "Barselona"nın bu qərarı verməsinin səbəbi Rusiyanın Ukraynaya olan hücumudur.
Qeyd edək ki, "Barseloan"nın bu həftə Rusiyada iki oyunu var. Sabah "Zenit"lə qarşılaşmalı olan komanda bazar günü ÇSKA-nın qonağı olmalıdır.
saytlarin hazirlanmasi
