"O, son iki ildə "qızıl top"u qazanmağa layiq idi"

17:26 - 25 Fevral 2022

“Bavariya”nın sabiq futbolçusu Frank Riberi Robert Levandovski haqda danışıb.

Sportal.az xəbər verir ki, fransalı futbolçu polşalı hücumçu barədə bu cür danışıb:

“Mənə görə son 2-3 ilin ən güclü hücumçusu Robert Levandovskidi. O, çox çakışır və komanda yoldaşlarına kömək etməyi də sevir. Levandovski het-trik etdiyi oyunda da növbəti matçı fikirləşir. Levandovski son 2 “qızıl top”u qazanmağa layiq idi”.

​38 yaşlı futbolçu 2007-2019-cu illərdə “Bavariya”da çıxış edib və hazırda “Salernitana” forması geyinir.

 

Xəbər xətti