"Mançester Yunayted" Rusiyanın "Aeroflot" şirkəti ilə müqaviləsini pozub.
Sportal.az xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması səbəb göstərilib.
Daha əvvəl “Mançester Yunayted” Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniya “Atletiko”suna qarşı səfər oyununa Rusiya aviaşirkətinin reysi ilə yollanmaqdan imtina etmişdi.
