Rusiya qran-prisi ləğv olundu

19:31 - 25 Fevral 2022

"Formula 1" üzrə Rusiya qran-prisi ləğv olunub.

Sportal.az xəbər verir ki, bu barədə "Formula 1" şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.

Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya Qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.

Rusiya Qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.

Xəbər xətti