Dünya çempionatından sonra Braziliya millisini tərk edəcək

20:54 - 25 Fevral 2022

Braziliya millisinin baş məşqçisi Tite DÇ-2022-dən sonra baş məşqçi postunu tərk edəcək.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Qətərdə keçirilən mundialdan sonra nəticəyə baxmayaraq komandada qalmayacaq. Bu barədə Tite özü məlumat verib: "Bütün fikrimi komandadakı işimə yönəltmişəm. Amma öz sərhədlərimi də bilirəm. Bu, dünya çempionatının sonuna qədər olacaq".

2016-cı ildən Braziliya millisini çalışdıran təcrübəli mütəxəssis bu dövrdə yalnız 2019-cu ildə Amerika kubokunu qazanıb. 

Xəbər xətti