"Çelsi"nin müdafiəçisi PSJ-yə yox, "Mançester Yunayted"ə keçə bilər

21:48 - 25 Fevral 2022

"Mançester Yunayted" yayda heyətini almaniyalı müdafiəçi ilə gücləndirəcək.


Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Antonio Rüdigeri transfer edəcək.

Onun yayda PSJ-yə keçəcəyi gözlənilsə də, Mançester klubunun rəhbərliyi müdafiəçini razı salmaq üçün onunla danışıqlara başlayıb.

"Mançester Yunayted" rəhbərliyi 28 yaşlı futbolçuya PSJ-nin təklifindən daha yaxşı təklif irəli sürüb.

Xəbər xətti