Avropa Liqası: Həftənin ən yaxşı qolunun müəllifi bəlli oldu

22:13 - 25 Fevral 2022

Avropa Liqasında həftənin ən yaxşı qolunun müəllifi seçilib. 

Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusu Frenki de Yonqun "Napoli" ilə görüşdə vurduğu qol səsvermədə hamını qabaqlayıb.

Niderlandlı futbolçu Avropa Liqasının pley-off mərhələsinin "Napoli" ilə cavab qarşılaşmasının 13-cü dəqiqəsində fərqlənmişdi. 

Matç Kataloniya təmsilçisinin 4:2 qələbəsilə başa çatıb. Siyahıda Ruslan Malinovski ("Atalanta"), Rikardo Horta ("Braqa"), Andre Silvanın ("Leypziq") da adı var idi.

Xəbər xətti