Türkiyə Super Liqasında 27-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. "Adana Dəmirspor" "Antalyaspor”u qəbul edib və matçdan qol səsi çıxmayıb. Çempionluğa iddialı "Trabzonspor" isə "Kayserispor"la qarşılaşıb.
Qaradəniz təmsilçisi 2-ci yarıda üç qol vuraraq qələbə qazanıb.
Türkiyə Super Liqası, 27-ci tur
25 fevral
"Adana Dəmirspor" – "Antalyaspor" 0:0
"Trabzonspor" – "Kayserispor" 3:2
Qollar: Vişça, 49. Djanini, 59. Nvakaeme, 90+9-pen – Qavranoviç, 24; Tiam, 45+1.
