Olimpiya mükafatçımız: "Ukrayna bu müharibədə tək qalıb"

12:42 - 26 Fevral 2022

Azərbaycanın əslən ukraynalı qadın karateçisi İrina Zaretska Rusiya və Ukrayna arasında başlanan hərbi münaqişə barədə paylaşım edib.

Sportal.az xəbər verir ki, Tokio-2020-nin gümüş mükafatçısı bu haqda öz instaqram hesabında yazıb:

"Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir. Bu, müharibədi. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".

Xəbər xətti