Rusiya dünya kubokundan məhrum oldu

15:06 - 26 Fevral 2022

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi idman dünyasına da öz təsirini göstərib.

 

Sportal.az xəbər verir ki, bu ölkədə keçirilməli olan yarışlar təxirə salınır.

 

Beynəlxalq Xizək Federasiyası (FIS) 2021/2022-ci il mövsümünün qalan hissəsində Rusiyada keçirilməli olan bütün yarışların taleyi ilə bağlı bu gün toplantı keçirib. İclasda qəbul olunan qərara əsasən yarışlar təxirə salınacaq və ya başqa ölkədə keçiriləcək.

 

Rusiyalı idmançılar isə yarışlarda iştirak etməyə davam edəcəklər.

Xəbər xətti