Super Liqa layihəsi yenidən gündəmə gəldi

19:17 - 26 Fevral 2022

Avvropa Super Liqası layihəsi yenidən gündəmə gəlib.

Sportal.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Xəbərdə, turnirlə bağlı rəsmi qərarın martın 2-də veriləcəyi bildirilib. 

Turnirin qapalı formatda keçiriləcəyi gözlənilir. Super Liqa iştirakçılarının daimi deyil, hər il dəyişəcəyi qeyd olunub.

Liqada yer alması gözlənilən klublar:

"Real Madrid", "Qalatasaray", "Barselona", "Atletiko", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Tottenhem", "Yuventus", "İnter", "Milan".

Xəbər xətti