Bu federasiya Rusiya ilə oynamayacaqlarını açıqladı

12:11 - 27 Fevral 2022

Rusiya və İsveç milli yığmaları üz-üzə gələsi olsalar, skandinaviyalılar qarşılaşmanın yerindən asılı olmayaraq bu oyunda meydana çıxmayacaq. 

Sportal.az xəbər verir ki, İsveç Futbol Federasiyası bunu rəsmi şəkildə açıqlayıb. 

Bununla yanaşı İFF FİFA-nı Rusiyanın iştirakı ilə martda keçiriləcək pley-off oyunlarını ləğv etməyi təklif edib. 

Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb.

Cütün qalibi İsveç - Çexiya matçının güclüsü ilə martın 29-dakı finalda qarşılaşaraq DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşdirəcək. 

Xəbər xətti