"Yuventus"un futbolçusu zədələndi

14:51 - 27 Fevral 2022

“Yuventus”un futbolçusu Denis Zakaria zədələnib.

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi A Seriyasının 27-ci turunun “Empoli” ilə matçında sıradan çıxıb. Denis oyunun 37-ci dəqiqəsində əvəzlənib.

Zakarianın azı 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

​“Yuventus” “Empoli”yə 3:2 hesabı ilə qalib gəlib.

Xəbər xətti