Azərbaycan Premyer Liqasının 17-ci turunun “Sabah” – “Neftçi” matçından sonra ev sahiblərinin baş məşqçisi Murad Musayev mətbuat konfransında iştirak edib. Sportal.az xəbər verir ki, o, komandasının məğlubiyyətini şərh edib:
“Çox yaxın, gərgin mübarizə oldu. Hər iki komandanın şansları var idi. Təəssüf ki, 3 oyundur ki, eyni ssenari baş verir. İlk yarıda yaxşı oynayırıq. İkinci yarının əvvəlində rəqibin ilk hücumundaca asan qol buraxırıq. Təəssüf ki, geridönüş edə bilmədik. Halbuki yaxşı qol epizodlarımız var idi. Məyusedicidi ki, "Neftçi”nin bir təhlükəli epizodu oldu və qolla yekunlaşdı. Bu da ustalıqdı ki, bir epizoddan yararlanırsan.
- Razısız ki, meydanda lider çatışmır?
- Hazırda açıq şəkildə danışmaq istəməzdim. Bu, komandamızın daxili işləridi.
- İstədiyiniz komandanı formalaşdırmısınız, yoxsa hələ vaxt lazımdı?
- 3 oyun uduzmuşuq. Əlbəttə ki, baş verənlərə görə razı ola bilmərəm. Belə çıxır ki, istədiyimi tam formalaşdıra bilməmişəm.
- Dediz ki, ilk yarıda yaxşı oynayırsınız, ancaq udursuzunuz. Səbəb nədi?
- Yəqin ki, səbəb düşüncəmizdədi. İlk yarıda yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək beynimizlə bağlıdı. Bu problem son 3 oyunda qələbədən edir.
- “Sabah” avrokuboklar şansını itirib?
- Obyektiv olsaq, bəli. Şanslarımız çox azdı. Oyunçu itkiləri də öz təsirini göstərir. Kristian Sebalyos 4 aydı yoxdu. Xulio Rodriqes, Xuan Kamaranın yoxluğu da hücumdakı kəsərin azlığına səbəb olur. Çətin ki, qarşıdakı oyunlarda onları meydanda görək.
Mirbağırağa Cəfərli
saytlarin hazirlanmasi