"Spartak" Avropa Liqasındakı ev oyununu Bakıda keçirə bilər

19:54 - 27 Fevral 2022

Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibədən sonra UEFA da yerli klubların avrokubok matçlarını evdə oynamasına icazə verməyib.

Sportal.az xəbər verir ki, buna görə də “Spartak” 1/8 final mərhələsinin “Leypziq”lə ev oyununu qonşu ölkələrinin birində keçirmək variantını gözdən keçirir. Qarşılaşmanın Bakıda keçirilmək ehtimalı da yüksəkdi.

Bu barədə “Spartak”ın mətbuat katibi Dmitri Zelyonov məlumat verib. O, məsələ haqda bu cür danışıb: “Leypziq”lə matçımızı Bakıda keçirə bilərik. UEFA rəsmilərilə bu məsələni müzakirə edirik. Həftənin ilk günlərində konkret cavab deyiləcək”.

Ehtimal olunur ki, matç Bakı Olimpiya Stadionunda keçirilsin. “Leypziq” – “Spartak” matçı martın 10-da keçiriləcək. Cavab qarşılaşması isə martın 17-də baş tutacaq.

Xəbər xətti