FİFA və UEFA Rusiyanı bütün turnirlərdən uzaqlaşdırdı

22:37 - 28 Fevral 2022

FİFA və UEFA Rusiyanın bütün klubları və bütün yaş qripları üzrə yığma komandaları beynəlxalq yarışlardan kənarlaşdırıb. 

Sportal.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bu, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlıdı.

Rusiya millisi Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyunları oynamalı idi. Lakin FİFA və UEFA onları bütün turnirlərdən kənarlaşdırıb. 

Xəbər xətti