Taleh Nəsibov: "Qalib Çempionlar Liqasına yollanacaq"

15:28 - 1 Mart 2022

Azərbaycan Mini Futbol Federasiyasının sədr müavini Taleh Nəsibov bu gün Alfa Fire Liqasının püşkatmasında çıxış edib.

 

Sportal.az xəbər verir ki, “Azfar” şirkətlər qrupunun rəhbəri turnirdə iştirak edən komandalara uğurlar arzulayıb: 

 

“Mini-futbol Federasiyası yeni təsis olunub. 3 il keçsə də, pandemiya ərəfəsindəydik deyə, bütün yarışlar dayandırılmışdı. Bu, sayca üçüncü yarışımızdı. Qalib Çempionlar Liqasına yollanacaq. Amma bu daha dəqiq martın sonunda bilinəcək. Ola bilər ki, İtaliyada keçirilsin.

 

Bütün iştirakçılara uğurlar arzu edirəm. Biz federasiya olaraq əlimizdən gələni edəcəyik. Fərid Qayıbov da bu yaxınlarda fəaliyyətimizlə tanış oldu və bildirdi ki, dəstəyini əsirgəməyəcək. Bundan sonra daha yüksək işlər görəcəyik. Ümidvaram ki, bu dəfəki turnirimizdə gərgin və maraqlı mübarizə olsun”.

Xəbər xətti