Azərbaycan Mini-Futbol Federasiyasının təşkilatçılığı ilə Alfa Fire Liqa start götürəcək.
Sportal.az xəbər verir ki, turnirdə A və B qruplarının hərəsində 6 komanda olmaqla, 12 kollektiv mübarizə aparacaq. Qruplarda ilk 4 yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Turnirin qalibi isə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Alfa Fire Liqada “Zəfər”, “KA TV1”, “Vur komandir”, “Qalaksi”, “Lökbatan Yunayted”, “Qərbi Azərbaycan”, “Peçat Dönər”, “Bizon”, “Beerbaşa", “Badamdar”, “Muğanbank”, “Sirena Motors” kollektivləri çıxış edəcək. Bu gün isə turnirin püşkatma mərasimi keçirilib.
A qrupu: “Zəfər”, “Qərbi Azərbaycan”, “Vur komandir”, “Bizon”, “Badamdar”, “Muğanbank”
B qrupu: “Qalaksi”, “Ka TV1”, “Peçat Dönər”, “Beerbaşa”, Lökbatan Yunayted”, “Sirena Motors”.
İlk görüşlər martın 12-nə planlaşdırılıb.
