Türkiyə klubundan İngiltərəyə?

18:14 - 1 Mart 2022

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli İngiltərəyə qayıda bilər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı forvard "Fulhem"in transfer siyahısındadı. 


31 yaşlı forvardı İngiltərəyə qaytarmaq üçün "Fulhem" rəhbərliyi "Adana Dəmirspor"la danışıqlara başlayıb. Hazırda Çempionşipdə mübarizə aparan klub Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə Balotellini heyətinə qatacaq.

Türkiyə klubunun rəhbərliyi hələ ki, Balotellini satmaq niyyətində olmadığını qarşı tərəfə bildirib.

Xəbər xətti