İtaliya kubokunda yarımfinal mərhələsinin ilk görüşü keçirilib.
Sportal.az xəbər verir ki, “Milan” “İnter”i qonaq edib. Tərəflərin səyinə baxmayaraq matç qolsuz sona çatıb. Milan təmsilçilərinin cavab qarşılaşması aprelin 20-də baş tutacaq. Finala çıxmaq uğrunda mübarizə aparan digər komandalar - "Fiorentina" və "Yuventus" isə bu gün üz-üzə gələcək.
“Milan” – “İnter” 0:0
