Avrokuboklardan uzaqlaşdırılan "Spartak" rəqibin baş məşqçisinə uğurlar arzuladı

12:32 - 2 Mart 2022

Avropa Liqasından uzaqlaşdırılan “Spartak” “Leypziq”in baş məşqçisinə uğurlar arzulayıb.

Sportal.az xəbər verir ki, Moskva klubu turnirdən uzaqlaşdırılsa da, rəsmi tvitter səhifəsində Almaniya klubunun çalışdırıcısı Domeniko Tedesko haqda bunları yazıb:

“Sabiq baş məşqçimiz Domeniko Tedeskoya Avropa Liqasında uğurlar arzulayırıq. Ümid edirik ki, gələcəkdə yollarımız yenidən kəsişəcək. Amma daha dinc şəraitdə”.

Xatırladaq ki, “Spartak” Avropa Liqasının 1/8 final mərhələsində “Leypziq”lə qarşılaşmalı idi. Amma Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə UEFA bu ölkənin bütün komandalarını turnirlərdən uzaqlaşdırıb.

 

Xəbər xətti