Rusiyanın qoşunlarının Ukraynaya hücumu nəticəsində daha bir futbolçu öldürülüb.
Sportal.az xəbər verir ki, Lvov “Karpatı”sının oyunçusu Vitali Sapilo döyüş zamanı həlak olub.
İkinci divizion təmsilçisinin 21 yaşlı üzvü ölkəsinin müdafiəsi üçün döyüşlərdə iştirak edib, ordunun tərkibinə tank komandiri kimi qatılıb.
Qeyd edək ki, iki gün əvvəl II liqanın digər təmsilçisi “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində evində anası ilə birlikdə həlak olub.
saytlarin hazirlanmasi
