"Barselona" fransalı üçün 50 milyon ödəyə bilər

16:24 - 2 Mart 2022

"Barselona" Orelyen Çuamenini transfer etmək istəyir.


Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Monako"nun futbolçusu üçün klubuna rəsmi təklif göndərib. 

"Çelsi" və "Mançester Yunayted"in də transfer siyahısında yer alan 22 yaşlı futbolçu üçün "Yuventus"a rəsmi müraciət edib. 

Knyazlıq klubu müdafiəçi üçün 50 milyon avro tələb edir.

Adıçəkilən klublardan isə yalnız “Barselona” rəhbərliyi həmin məbləği ödəməyə hazırdı. 

"Bordo" yetirməsi olan müdafiəçi 2020-ci ildən "Monako"da çıxış edir.

Xəbər xətti