Birinci divizionda 16-cı tur yekunlaşdı: Ev sahibləri qələbə qazandı

16:38 - 2 Mart 2022

Azərbaycan birinci divizionunda 16-cı tura yekun vurulub.

Sportal.az xəbər verir ki, dünən start götürən turun qalan oyunları bu gün keçirilib.

“Zaqatala” azlıqda qalsa da, “Səbail-2” ilə oyunda 3 xalı qazanıb. 

MOİK isə evdə “Zirə-2"ni məğlub edib.

2 mart

"Zaqatala" – "Səbail-2" 3:2

Qollar
: Aleksandr Şemonayev, 2. Roini İsmayılov, 22. Xəlil Bəşirov, 75 – Rasim Hasanov, 49. Elməddin Qurbanlı, 57.

​Qırmızı vərəqə: Vüsal Şabanov, 41 (Zaqatala)
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30

MOİK – "Zirə-2" 2:0

Qollar
: Əli Əliyev, 20. Rafael Qavami, 31.

​Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Səbuhi Soltanov, Cavid Cəlilov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 14:30

Xəbər xətti