PSJ Kilian Mbappeyə yeni müqavilə təklif edib.
Sportal.az “Le Parisien”ə istinadən xəbər verir ki, Paris klubunun yeni təklifi daha 2 illik müqavilədən ibarət olub.
Klub ona illik 50 milyon avro maaş ödəməyə hazırdı.
PSJ-nin heyətində 205 oyun keçirmiş 23 yaşlı futbolçu 156 qol vurub, 78 assist edib.
Onun klubu ilə müqaviləsi mövsüm sonunda bitəcək.
