UEFA-nın İntizam Komitəsi "Dinamo"nu cəzalandırıb.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının forvardı Mahir Emrelinin də formasını geyindiyi Zaqreb klubunun azarkeşləri doğma komandalarını 30 min avro ziyana salıb.
Belə ki, xorvatiyalı azarkeşlər Avropa Liqasının pley-off mərhələsinin "Sevilya" ilə səfər matçında ictimai asayişi pozduğuna görə turnirin təşkilatçısı olan qurum "Dinamo"nu cərimələyib. Bununla yanaşı UEFA Xorvatiya klubunu avrokuboklardakı növbəti səfər matçı üçün bilet satışını da qadağan edib.
Həmçinin UEFA-nın tapşırığına əsasən "Dinamo", azarkeşlərin "Roman Sançez Pisxuan" stadionun tribunalarına ziyan verməsinə görə 1 ay ərzində "Sevilya" rəsmilərilə danışaraq zərəri qarşılamalıdı.
